Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOB İnkişaf Mərkəzləri

Mikro, kiçik və orta sahibkarların bilik və bacarıqlarının artırılması, innovasiyalara çıxışının genişləndirilməsi, müasir çağırışlara uyğun təlimlərin təşkili və praktik məsləhət xidmətlərinin göstərilməsi biznesin qurulması və inkişafı üçün əhəmiyyətlidir.

Bu məqsədlə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturunda Bakı, Sumqayıt, Xaçmaz və Yevlax şəhərlərində yerləşən 4 KOB inkişaf mərkəzi fəaliyyət göstərir.

Bakı KOB İnkişaf Mərkəzi Bakı şəhəri, Sumqayıt KOB İnkişaf Mərkəzi Abşeron iqtisadi rayonu, Xaçmaz KOB İnkişaf Mərkəzi Quba-Xaçmaz iqtisadi rayonu, Yevlaz KOB İnkişaf Mərkəzi isə Aran iqtisadi rayonu və ətraf şəhər və rayonlarda fəaliyyət göstərən sahibkarlara, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə xidmət edir.

KOB inkişaf mərkəzlərində aşağıdakı istiqamətlər üzrə təcrübəli və peşəkar ekspertlər tərəfindən təlim və seminarlar keçirilir, fərdi və qrup halında məsləhət xidmətləri göstərilir, KOB-ların şəbəkələşməsinə, beynəlxalq proqramlarda iştirakına, maliyyə resurslarına çıxışına və s. dəstək təmin olunur:

- Biznesin planlaşdırılması

- Marketinq

- Bazar araşdırması

- Satış

- Biznes sahəsində qanunvericilik

- Maliyyənin idarə olunması

- İnsan resurslarının idarə edilməsi və s.

Mərkəzlərdə həmçinin, innovativ sahibkarlığa, startaplara və ailə biznesinə dəstək göstərilir, qadınlar, əlilliyi olan şəxslər və gənclər arasında sahibkarlığın təşviqi, KOB-ların məlumatlandırılması istiqamətində digər tədbirlər həyata keçirilir.

KOB inkişaf mərkəzlərində göstərilən bütün xidmətlər ödənişsizdir.

Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən KOB inkişaf mərkəzlərində göstərilən xidmətlərin təşkili özəl sektor – Azərbaycan Bank Tədris Mərkəzi, “Universitas İnternational” MMC və "Yerli İdarəetməyə Yardım" İctimai Birliyi tərəfindən həyata keçirilir.

Powered by Froala Editor

Ünvan: Bakı şəhəri, S.Vurğun küçəsi, 143, “World Business Center”, 10-cu mərtəbə

Əlaqə telefonu: (+994 12) 497 07 10/11/12, mobil/watsapp: (+994 50) 225 38 88

E-mail: baki@kobim.az

WEB: www.kobim.az

Powered by Froala Editor

Ünvan: Sumqayıt şəhəri, Sülh küçəsi 26, Sumqayıt Biznes Mərkəzi, 2-ci mərtəbə

Əlaqə telefonu: (+994 55) 209 30 75

E-mail: sumqayit@kobim.az

WEB: www.kobim.az

Powered by Froala Editor

Ünvan: Xaçmaz şəhəri, Bakı prospekti, 45

Əlaqə telefonu: (+994 55) 222 15 04

E-mail: xacmaz@kobim.az

WEB: www.kobim.az

Powered by Froala Editor

Ünvan: Yevlax şəhəri, Bakı prospekti, 5, Aran Regional İnkişaf Mərkəzi

Əlaqə telefonu: (+994 22) 337 81 72, (+994 77) 223 30 35/36

E-mail: yevlax@kobim.az

WEB: www.kobim.az

Powered by Froala Editor